"Real" La Liqada 29-cu tur oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Madrid təmsilçisi "Osasuna"nın qonağı olub.
Matç Karlo Ançelottinin baş məşqçisi olduğu komandanın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, matçda Arda Gülər fərqlənib. Belə ki, o, mərkəz xəttindən fantastik zərbə vursa da, top qapı tirinə dəyib.
"Osasuna" - "Real" - 2:4
Qollar: Vinisius Junior, 4 (0:1), Bodimir, 7 (1:1), Karvahal, 18 (1:2), Dias, 61 (1:3), Vinisius Junior, 64 (1:4), Munoz, 64 (2:4)
Bu qələbə ilə "Real" 29 oyundan 72 xalla La Liqanın turnir cədvəlində liderliyini möhkəmləndirib. "Osasuna" 36 xalla (29 oyun) 10-cu yerdədir. "Jirona" 62 xalla (28 oyun) 2-ci, "Barselona" 61 xalla (28 oyun) 3-cüdür.