Azərbaycan Basketbol Liqasında XV turun daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, Cəlilabadda yerli komanda “Sabah”ı qəbul edib.
Meydan sahibləri ilk 2 periodda rəqibə müqavimət göstərməyi bacarıblar. Böyük fasilədən sonra daha yaxşı təsir bağışlayan çempion yekunda 24 xal fərqi ilə qələbə qazanıb.
Qeyd edək ki, turda daha öncə "Neftçi" "Gəncə"yə, NTD-İNDİQO "Sərhədçi"yə 84:74, "Xəzri isə "Xırdalan"a 106:82 hesabı ilə qalib gəlib. Son qarşılaşmada - martın 17-də "Şəki" "Sumqayıt"ı sınağa çəkəcək.
XV tur
16 mart
14:00. "Cəlilabad" – "Sabah" - 76:90 (15:23, 19:16, 18:31, 24:20)
Cəlilabad Olimpiya İdman Kompleksi
Rəşad Rafiqoğlu, Bizim.Media