PSJ-nin qapıçısı Keylor Navas klubdan ayrılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə AS məlumat yayıb.
37 yaşlı qolkiper 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqaviləsini yeniləməyəcək.
O, artıq bir neçə klubdan təklif də alıb. Lakin hələlik həmin klubların adları açıqlanmayıb.
Navas 2019-cu ildə "Real"dan PSJ-yə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 112 oyuna çıxıb, bunlardan 51-də qapısını toxunulmaz saxlayıb.
Bizim.Media