UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu, Əyub Əl-Kaabi ("Olimpiakos") olub. 30 yaşlı hücumçu Kanstantinos Kulerakisi (PAOK), Andreas Şkov Olseni ("Brügge") və Martin Yedliçkanı ("Viktoriya") üstələyib.
Əyub ötən gecə "Makkabi" (Tel-Əviv) ilə matçda dubl edib. Onun komandası rəqibini 6:1 hesabı ilə məğlub edib.
Bizim.Media