"Neftçi" futbolçusu Brayan Morenonun Misli Premyer Liqasının 27-ci turunda "Səbail"lə matçı buraxmasının səbəbini açıqlayıb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən tur “Kəpəz”lə oyun zamanı sağrı nahiyəsində olan əzilmə ilə bağlı ağrılar hiss edən Brayan Moreno hazırda müalicə olunur.
Futbolçunun 2-3 günə komanda ilə məşqlərə qoşulması planlaşdırılır.
Bizim.Media