“Bavariya” “Barselona”nın müdafiəçisi Ronaldo Arauxonu 100 milyon avroya buraxacağını ehtimal edir.
Bizim.Media “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Münhen təmsilçisi uruqvaylı futbolçunun bu yay heyətinə qatacağına inanır.
Kataloniya təmsilçisinin futbolçusu almanlar üçün hazırda prioritet məsələdir.
"Bavariya" Arauxonun transferini həyata keçirmək üçün lazımi vəsait tapmaq niyyətindədir. Bunun üçün onlar bəzi oyunçuları ilə yollarını ayıracaq.
Arauxo 2018-ci ildən “Barselona”da oynayır. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 30 oyun keçirib və bir qol vurub. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədədir.
Rəşad Rafiqoğlu, Bizim.Media