"Neftçi" bu mövsüm əsas qapıçıya çevrilmiş Rza Cəfərovu buraxmaq istəmir.
Bizim.Media xəbər verir ki, "ağ-qaralar" bu mövsümkü performansı ilə bir çox klubların diqqət mərkəzinə düşmüş Cəfərovla müqavilə müddətini artırmağı planlaşdırır.
Mövsümün sonunda onunla aktiv danışıqlar aparılacaq. Gənc qapıçının "Neftçi" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Paytaxt təmsilçisinin onunla uzunmüddətli müqavilə imzalaması gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media