Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe Paris-2024 Yay Olimpiya Oyunlarını buraxa bilər.
Bizim.Media "RMC Sport"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu Avro-2024-də daha yaxşı çıxış etmək üçün olimpiadaya qatılmaq istəmir.
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək, Yay Olimpiya Oyunları isə iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Kilian Mbappe bu mövsüm PSJ-də 36 matçda 35 qol vurub, 7 məhsuldar ötürmə edib.
Bizim.Media