“Qarabağ” klubu aparıcı futbolçusu Abdulla Zubirə yeni müqavilə təklif edəcək.
Bizim.Media xəbər verir ki, bununla əlaqədar rəhbərlik mövsümün sonunda futbolçu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, fransalı futbolçunun müqaviləsi də məhz yayda başa çatacaq. Onunla Almaniyanın “Auqsburq”, həmçinin Türkiyə və Fransanın bəzi klubları maraqlanır.
Rəşad Rafiqoğlu, Bizim.Media