15 mart tarixindən etibərən, Azərbaycan qadın basketbolu tarixində ilk dəfə olaraq yerli çempionat start götürəcək.
Bizim.Media xəbər verir ki, Azərbaycan Qadınlar Liqası (AQL) adı altında keçiriləcək basketbol üzrə iki dövrəli çempionatda, 6 komanda (AzStars, Alov, Neftçi, Xırdalan, Gəncə, Qaradağ) çempionluq uğrunda mübarizə aparacaq.
Reqlamentə əsasən, müntəzəm mövsümün sonunda ilk dörd pilləni tutmuş klublar, dördlər finalında çempionun adına aydınlıq gətirəcəklər.
Qeyd edək ki, Azərbaycan Qadınlar Liqasının (AQL) oyunları Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media