Türkiyə millisinin Avro-2024 öncəsi son rəqibi müəyyənləşib.
Bizim.Media Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, milli Polşa ilə yoxlama matçında qarşılaşacaq.
Varşavada, iyunun 10-u keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, Türkiyə millisi bundan əvvəl martın 22-i Macarıstan, martın 26-ı Avstriya, iyunun 4-ü İtaliya ilə yoxlama oyununda üz-üzə gələcək.
Xatıradaq ki, Türkiyə F qrupunda Portuqaliya, Çexiya, C Yolunda pley-off qalibi (Gürcüstan, Lüksemburq, Yunanıstan, Qazaxıstan) ilə mübarizə aparacaq.
Bizim.Media