Azərbaycan Basketbol Liqasında (ABL) 15-ci tura start verilib.
Bizim.Media xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutmuş turun açılış oyununda, "Neftçi" və "Gəncə" klubları üz-üzə gəliblər.
Pley-off zonasında qərarlaşmış "Neftçi" oyuna sürətli başlayaraq, rəqibi üzərində 97-62 hesablı rahat qələbəyə sevinib. Ən məhsuldar basketbolçular: "Neftçi" (DiAncelo Styüart - 17 xal, 7 ribaund), "Gəncə" (İrşad Hant - 19 xal, 11 ribaund)
Qeyd edək ki, 15-ci turun növbəti oyunları ("Xırdalan" - "Xəzri", "NTD-İNDİQO" - "Sərhədçi", "Cəlilabad" - "Sabah", "Şəki" - "Sumqayıt") 15, 16 və 17 mart tarixlərində baş tutacaq.



Rəşad Rafiqoğlu, Bizim.Media