“Mütləq şəkildə çalışmalıyıq ki, Bakıdakından daha yaxşı oynayıb daha çox güc sərf edək. Yaxşı nəticə əldə etməyi çox istəyirik. Sona kimi ən azından daha yaxşı mübarizə aparacağıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Bayer” ilə cavab matç üçün Almaniyaya yollanarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
“Juninyoda vəziyyət ümumi olaraq pis deyil. Dünən və bu gün fərdi məşqlər edib. Yenə də sabah oyun gününə kimi gözləyəcəyik. Həkimlərlə məsləhətləşib, qərar verəcəyik”, - deyə baş məşqçi bildirib.
Qeyd edəki, “Bayer” - “Qarabağ “qarşılaşması martın 14-də Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Bizim.Media