Misli Premyer Liqasının 26-cı turunda səfərdə “Kəpəz”lə qarşılaşmada (3:3) zədələnən “Neftçi”nin kapitanı Emin Mahmudovun son durumu bəlli olub.
Bizim.Media xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin daban oynağında ödəm müşahidə olunur, bağlarda ciddi zədələr yoxdur. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hazırda müalicə prosesinə başlanılıb və futbolçunun 2-3 günə məşqlərə qoşulması planlaşdırılır.
Rəşad Rafiqoğlu, Bizim.Media