Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.
Bizim.Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmalar iki günü əhatə edəcək.
Mərhələnin görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
2 aprel (çərşənbə axşamı)
20:00. “Neftçi” – “Qarabağ”
“Neftçi Arena”
3 aprel (çərşənbə)
19:00. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu.
Bizim.Media