"Real"ın futbolçusu Arda Güler Madrid təmsilçisinin heyətində ilk qolunu vurmasınından danışıb.
Bizim.Media xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ötən gecə "Selta" ilə görüşdə (4:0) fərqlənib.
A.Güler bu nailiyyətini belə şərh edib: "Real"da olduğum üçün çox xoşbəxtəm. "Real" dünyanın ən yaxşı klubudur. Müəyyən çətinliklər olsa da, onların öhdəsindən gələcək keyfiyyətlərə və xarakterə malik olduğuma inanıram.
Hələlik bu mövsüm mənim üçün çətin görünür, amma ümid edirəm ki, bu qoldan sonra hər şey daha yaxşı olacaq”.
Qeyd edək ki, Arda ötən ilin yayında "Fənərbaxça"dan "Real"a keçsə də aldığı ardıcıl zədələr səbəbindən ancaq bu qış komandada debüt edə bilmişdi.
Bizim.Media