Azərbaycanın dəstək verdiyi iraqlı türkmənlərin futbol komandası vilayət çempionu oldu – FOTO  

Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) İraq türkmənləri və Azərbaycan arasında mədəni əlaqələrin güclənməsi, türkmən gənclərin ictimai və fərdi inkişafına dəstək verilməsi istiqamətində həyata keçirdiyi layihələr çərçivəsində İraqın türkmənlər yaşayan Tel-Afər şəhərində bir müddət əvvəl yeniyetmələrdən ibarət futbol komandası yaradılıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın və İraq türkmənlərinin ortaq dəyəri hesab olunan böyük şair və mütəfəkkir Füzulinin, eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş eyniadlı şəhərin adını daşıyan “Füzuli” komandası Tel-Afər Gənclər Akademiyasının tərkibində İraq Gənclər Mərkəzi ilə bir yerdə təsis edilib. 

“Füzuli” komandası bu mövsüm Tel-Afər şəhərinin də daxil olduğu Ninəva vilayəti üzrə yeniyetmələr arasında keçirilmiş yarışlara qatılıb, final mərhələsinə qədər yüksəlib. Martın 10-da final mərhələsində son rəqibinə penaltilər seriyasında qalib gələn komanda Ninəva vilayətinin çempionu adını qazanıb. 

“Füzuli” komandası yaranan dövrdən etibarən futbolçuların geyim formaları, avadanlıq və digər ləvazimatlarla təmin olunmasına Azərbaycan tərəfindən dəstək göstərilib. 

Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının İdarə Heyətinin sədri Elçin Əsgərov bildirib ki, ABİA-nın İraq türkmənlərinə yönəlik layihəsi çərçivəsində keçən il təşkilatın və İraqın Tel-Afər Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan və ərəb dillərində “Ortaq mədəniyyətin övladları - İraq türkmanları və Azərbaycan” adlı kitab nəşr olunub. Həmin kitabın Azərbaycanda və İraqda təqdimatı keçirilib.

Ötən il sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə bağlı İraqda bu ölkənin aparıcı təşkilatlarının və türkmən əşirət başçılarının iştirakı ilə anım mərasimi keçirilib, eyni zamanda, Azərbaycan Ordusunun qəhrəmanlıqlarının, 30 illik işğalın nəticələrinin, hazırda Qarabağda gedən bərpa-quruculuq işlərinin əks olunduğu fotosərgi və film nümayiş etdirilib. 
Layihə çərçivəsində, həmçinin bir qrup iraqlı türkmən gənc üçün Azərbaycan dili, tarixi, mədəniyyəti üzrə kurslar, şəxsi inkişaf üzrə bir sıra peşə kursları təşkil edilib. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

End of content

No more pages to load

RADİO