“Sumqayıt” aparıcı futbolçularından birinə yeni müqavilə təklif edib.
Bizim.Media xəbər verir ki, söhbət müdafiəçi Ayxan Süleymanlıdan gedir.
Əgər futbolçu klubunu dəyişmək fikrinə düşməsə, onunla 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Ayxan Süleymanlıya Azərbaycan çempionatının bir neçə klubu maraq göstərir. Onun “Sumqayıt”la müqaviləsi mövsümün sonunda başa çatır.
Rəşad Rafiqoğlu, Bizim.Media