“Qarabağ”ın aparıcı futbolçusu Marko Yankoviç karyerasını Almaniyada davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, adıçəkilən ölkənin “Auqsburq” klubu futbolçunu heyətinə cəlb etmək istəyir.
Klub nümayəndələri Bakıda keçirilən “Qarabağ”-“Bayer” qarşılaşmasını da stadiondan izləyiblər.
Bundesliqa təmsilçisi Almaniyadakı cavab matçından sonra Yankoviçin transferi ilə bağlı yekun qərar verəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media