Avropa Liqasının 1/8 final mərhələsində "Bayer"lə matçda zədələnən Olavio Juninyonun vəziyyətinə aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, braziliyalı hücumçu MRT müayinəsindən keçib. Sambaçı"nın zədəsi çox ciddi deyil.
Lakin onun "Bayer"ə qarşı oynayıb-oynamayacağı matç günü bəlli olacaq.
Qeyd edək ki, "Qarabağ" Almaniyada "Bayer"lə cavab oyununu martın 14-də keçirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media