Futbol üzrə Türkiyə I Liqasında 26-cı turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" doğma meydanda "Giresunspor"u qəbul edib.
Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub.
28 yaşlı yarımmüdafiəçi 83-cü dəqiqədə Ceffersonun əvəzinə meydana daxil olub. Xallarını 42-yə yüksəldən "Boluspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media`