“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze heyətdəki legionerlərdən birini əvəzedici heyətə göndərib.
Bizim.Media xəbər verir ki, israilli futbolçu Gilad Abramovun hazırlığından narazı qalan gürcüstanlı mütəxəssis bu addımı atıb.
Futbolçunun əsas heyətə nə vaxt qaytarılacağı dəqiq məlum deyil.
Qeyd edək ki, Gilad Abramov ötən ildən “Qəbələ”də çıxış edir.
Rəşad Rafiqoğlu, Bizim.Media