Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Bizim.Media xəbər verir ki, günün yeganə matçı “Murov Az Terminal" VK-nın idman zalında baş tutub.
“Neftçi” çempionatın autsayderi MOİK-lə qarşılaşıb. Nominal meydan sahibləri autsayderi 3 setdə məğlub edib. Qonaq komanda yalnız sonuncu setdə "ağ-qaralar"a ciddi müqavimət göstərə bilib.
Qeyd edək ki, turun sabah keçiriləcək digər oyununda “Murov Az Terminal” və “Azərreyl” üz-üzə gələcək.
6 mart
Yüksək Liqa (kişilər)
17:00. “Neftçi” - MOİK - 3:0 (25:22, 25:17, 27:25)
"Murov Az Terminal" VK-nın idman zalı
Rəşad Rafiqoğlu, Bizim.Media