“Sabah”da yeni baş məşqçisi Krunoslav Renduliçin köməkçiləri müəyyənləşib.
Bizim.Media xəbər verir ki, onlar məşqçinin həmyerliləri Saşa Sablyak və Domaqoy Periçdir.
Eyni zamanda Murad Musayevlə birlikdə çalışan Vitali Kovalyov, Ruslan Qafitullin və Rəşad Eyybuov da buradakı fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Masazır təmsilçisi dünən xorvatiyalı çalışdırıcı ilə 1,5 illik müqavilə bağlayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media