"İnter" baş məşqçisi Simone İnzaqinin müqaviləsini uzadacaq.
Bizim.Media xəbər verir ki, italiyalı mütəxəssis bu barədə yerli mətbuata açıqlamasında danışıb.
O, mövsümün sonunda Milan təmsilçisi ilə yeni müqavilə bağlayacağını bildirib:
"İnter'də xoşbəxtəm. Klub rəhbərliyi və azarkeşlərlə münasibətimiz yaxşıdır və buna görə də özümü rahat hiss edirəm. Müqaviləm haqqında mövsüm başa çatdıqdan sonra danışacağıq, Amma münasibətlərimiz həqiqətən əladır. Danışıqlar yaxşı olacaq".
Qeyd edək ki, Simone İnzaqi 2021-ci ilin yayından "İnter"i çalışdırır. Hazırda Milan təmsilçisi A seriyasında 72 xalla liderdir.
Bizim.Media