"Azərbaycana gəlməzdən öncə ölkənizlə bağlı araşdırma apardım. Bakıda maraqlı köhnə və yeni binalar var".
Bizim.Media xəbər verir ki, bunu “Azərreyl”in çinli voleybolçusu Jiarui Yu AZƏRTAC-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Bakı şəhərinin mənzərəsi çox möhtəşəmdir:
"Paytaxtınız kiçik Dubaya bənzəyir. Ancaq hələ çox yerini gəzməyə vaxtım olmayıb. Axşam olan zaman şəhərin işıqları möhtəşəm olur. Bakı ilə bağlı xatirə şəkilləri çəkdirmək istəyirəm".



Bizim.Media