Qazaxıstanın “Jenis” klubunun futbolçusu Raul Allahverdiyev Azərbaycan millisində oynamaq təklifi alıb.
Bizim.Media xəbər verir ki, bunu 17 yaşlı oyunçu özü yerli mətbuata açıqlamasında deyib.
Ancaq futbolçu Azərbaycan yığmasında oynamaq variantına müsbət yanaşmır. Qazaxıstanın gənclərdən ibarət komandasının oyunçusu olan futbolçu əsas hədəfinin ölkənin əsas komandasına düşmək olduğunu deyib.
Rəşad Rafiqoğlu, Bizim.Media