"Əl-Nəsr" Asiya Çempionlar Liqasında 1/4 finalın ilk oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, komanda səfərdə Birləşmiş Ərəb Əmirliklərinin "Al-Ayn" klubu ilə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Al-Ayn" - "Əl-Nəsr" - 1:0
Qollar: Rahimi, 44
Qırmızı vərəqə: Laport, 90+4 ("Əl-Nəsr")
Qonaq komandanın kapitanı Kriştiano Ronaldo start heyətində yer alıb və 90 dəqiqə oynayıb.
Cavab görüşü martın 11-də keçiriləcək. Bu cütün qalibi Asiya Çempionlar Liqasının yarımfinalında “Əl-Hilal” – “Əl-İttihad” matçının qalibi ilə qarşılaşacaq.
Bizim.Media