"Atletik" "Braqa"nın yarımmüdafiəçisi Alvaro Djalonu transfer etdiyini rəsmən açıqlayıb.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu hazırkı komandası ilə bu mövsümü başa vuracaq və iyulun 1-də La Liqa təmsilçisinə qoşulacaq.
Transfer məbləği 15+5 milyon avrodur.
Bu mövsüm Djalo bütün turnirlərdə 38 oyun keçirib, 14 qol vurub və 3 qolun ötürməsini verib.
Xatırladaq ki, "Braqa" Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olub.
Komandalar arasında Bakıda keçirilən cavab matçında qollardan birini Djalo vurub.
Bizim.Media