Martın sonlarında Bakıda FİFA Series adlı beynəlxalq futbol turniri keçiriləcək.
Bizim.Media xəbər verir ki, turnirdə milli komandamızdan əlavə Bolqarıstan, Monqolustan və Tanzaniya komandaları da iştirak edəcək.
Yığmamıza yeni baş məşqçi təyin olunmadığından futbolçularımızı yarışa 3 məşqçi hazırlayacaq.
Bunlar məşqçi Arif Əsədov, həmçinin aşağı yaş qruplarında çalışan İlham Yədullayev və Füzuli Məmmədovdur.
Qeyd edək ki, millimiz martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan seçməsi ilə görüşəcək.
Oyunlar Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media