Yeniyetmə karateçimiz Nəsimi Musayev Birləşmiş Ərəb Əmirliklərinin Fujayra şəhərində keçirilmiş Liqa yarışlarında qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, təmsilçimiz 70 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib.
Xatırladaq ki, buna qədər 2 idmançımız Fərid Hacızadə 55 kq çəki dərəcəsində gümüş, Gülay Orucova isə 59 kq-da qızıl medala yiyələnmişdi. Fujayra şəhərində keçirilmiş yarışda 76 ölkədən 1856 karateçi mübarizə aparıb.
Rəşad Rafiqoğlu, Bizim.Media