"Bavariya" 50 yaşlı funksioner Maks Eberlni idman direktoru vəzifəsinə təyin edib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, 2027-ci ilə qədər müqavilə imzalanıb.
Xatırladaq ki, “Bavariya”nın idman direktoru vəzifəsi 2023-cü ilin may ayından, bosniyalı mütəxəssis Hasan Salihamidziçin bu vəzifədən qovulmasından sonra boş idi. Maks Eberl 2023-cü ilin yanvar-sentyabr aylarında "Leyptsiq"in idman direktoru olub. Bundan əvvəl o, 23 il Münhenqladbax "Borussiya"sında çalışıb.
Bizim.Media