"Kəpəz" Azərbaycan Premyer Liqasının növbəti ev oyunlarını Qəbələdə keçirməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
"Qəbələ" rəhbərliyi meydançanın ot örtüyünün yükləndiyini əsas gətirərək belə qərar qəbul edib. "Kəpəz" Premyer Liqanın 26-cı turunun "Neftçi" ilə ev matçını Tovuz şəhər stadionunda keçirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media