Türkiyə 1-ci Liqasında 24-cü turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” səfərdə “Keçiörengücü” ilə qarşılaşıb.
Matç məhsuldar heç-heçə ilə başa çatıb – 2:2.
Şeydayev də bu görüşdə iştirak edib. O, 63-cü dəqiqədə meydana buraxılıb. “Kocaelispor” 44 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media