Bu gün "Sərhədçi" İdman Mərkəzində kişilərdən ibarət basketbol millimiz, Kosovo ilə oyun öncəsi sonuncu məşqini keçirib.
Bizim.Media xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi millimizin sonuncu məşqi, Kosovo yığmasına özəl hazırlanmış taktiki hücum və müdafiə setlərinin tətbiqi ilə yekunlaşıb.
Qeyd edək ki, Kosovo ilə oyun 25 fevral saat 14:00 -da "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media