"Sumqayıt" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "kimyaçılar" ekvadorlu vinger Cordan Rezabalanı rənglərinə bağlayıb.
23 yaşlı ön xətt oyunçusu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Ekvadorun U-21 millisinin sabiq üzvü olan Cordan Rezabala son olaraq ölkəsində "Quayaqil Siti" klubunda çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media