"Bayer"in baş məşqçisi Xabi Alonsonun müqaviləsindəki təzminat məbləği 15-20 milyon avro təşkil edir.
Bizim.Media xəbər verir ki, bu barədə "Sport" nəşri məlumat yayıb.
Bildirilib ki, sözügedən bənd may ayının sonunda aktivləşdirilə bilər.
Daha əvvəl Xabi Alonsonun yayda "Bavariya"nın baş məşqçisi vəzifəsinə prioritet namizəd olduğu bildirilirdi.
Qeyd edək ki, ispaniyalı mütəxəssis 2022-ci ildən Leverkuzen klubunu çalışdırır. Xatırladaq ki, bu mövsüm Almaniya çempionatının 22-ci turundan sonra "Bayer" 58 xalla turnir cədvəlinə başçılıq edir.
Bizim.Media