"Bavariya"da baş məşqçi Tomas Tuxellə yollar ayrılacaq.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, mütəxəssis mövsümün sonunda klubu tərk edəcək.
Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tuxel ötən ilin martından "Bavariya"ya rəhbərlik edirdi. Komanda hazırda Bundesliqada 50 xalla ikinci sırada qərarlaşıb və lider "Bayer"dən 8 xal geri qalır.
Rəşad Rafiqoğlu, Bizim.Media