Türkiyə Superkubokunun finalının təxirə salınan "Qalatasaray" - "Fənərbağça" matçının yeni vaxtı və məkanı müəyyənləşib.
Bizim.Media Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, oyun 7 aprel Şanlıurfa 11 aprel stadionunda keçiriləcək.
Görüş yerli vaxtla saat 22:00-da başlayacaq.
Qeyd edək ki, sözügedən matç ötən il dekabrın 29-u Səudiyyə Ərəbistanında oynanılmalı idi. Komandalar oyundan əvvəl meydana Mustafa Kamal Atatürkün şəkli olan köynəklərlə çıxmağı planlaşdırıblar. Lakin yerli hökumət buna qarşı olub.
Klublar bu qadağanın olacağı halda meydana çıxmayacaqlarını bildiriblər və oyun üçün stadiona getməyiblər. Daha sonra isə klublara matçın keçirilməyəcəyi bildirilib.
Bizim.Media