Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” baş məşqçisi Ertuğrul Sağlamla yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, türkiyəli mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Sağlam ötən ilin iyunundan “Kocaelispor”u çalışdırırdı. Onun komandası hazırda 1-ci liqada 43 xalla 3-cü pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media