Roy Hocson “Kristal Pelas”la yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb. 76 yaşlı mütəxəssis fasilələrlə 6 il komandaya başçılıq edib.
O, 2017-ci ildə “Kristal Pelas”ın baş məşqçisi təyin olub. 2021-ci ildə komanda ilə yollarını ayıran Roy qısa müddətə “Uotford”a rəhbərlik edib.
Komanda Hocsonunu başçılığı ilə 200 matçda meydana çıxıb və 66 qələbə qazanıb, 88 dəfə uduzub. 46 oyunda heç-heçə qeydə alınıb.
Qeyd edək ki, Hocsonu əvəz edəcək mütəxəssisin adına aydınlıq gəlib. “Kristal Pelas”a 2022-ci ildə “Ayntraxt”a Avropa Liqası kubokunu qazandıran Oliver Qlasner rəhbərlik edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media