Azərbaycan fiqurlu konkisürənləri Niderlandda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Bizim.Media xəbər verir ki, Adrienna Karhart və Aleksandr Kolosovskidən ibarət rəqs dueti “Challenge Cup"da mübarizə aparacaq.
Onlar Tilburq şəhərində təşkil olunan yarışa fevralın 22-də bədii rəqslə start verəcəklər. Təmsilçilərimiz ertəsi gün sərbəst rəqs nümayiş etdirəcəklər.
Qeyd edək ki, yarışda 15 duet mübarizə aparacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media