“Sumqayıt” heyətinə yeni əcnəbi futbolçu cəlb etməyi planlaşdırır.
Bizim.Media "Fútbol Ecuador" portalına istinadən xəbər verir ki, "kimyaçılar" ekvadorlu yarımmüdafiəçi Xordon Rezabalanı transfer etməyə hazırlaşır.
Tərəflərin yaxın günlərdə müqavilə imzalayacağı gözlənilir.
Ekvadorun U-23 yığmasında oynamış 23 yaşlı yarımmüdafiəçinin son klubu yerli “Quayakil Siti” olub. Buna qədər isə Rezabala “Tixuana”, “Dorados”, “Olmedo” komandalarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media