“Zirə” qış fasiləsində keçmiş futbolçusu David Volkovu kluba qaytarmaq istəsə də, bu baş tutmayıb.
Bizim.Media xəbər verir ki, “Sabah”ın forvardı əsas heyətə düşə bilmədiyinə görə komandanı tərk etmək istəyirdi.
Ancaq “Sabah” rəhbərliyi futbolçunu qışda buraxmaq istəməyib. “Zirə” isə mövsümün sonunda yenidən Volkovla danışıqlara başlamaq niyyətindədir.
Qeyd edək ki, David Volkov 2022-ci ildə “Zirə”dən “Sabah”a keçib.
Rəşad Rafiqoğlu, Bizim.Media