Erlinq Hollandın “Real”ın hədəfində olduğu çoxlarına məlumdur.
Bizim.Media xəbər verir ki, amma İspaniya nəhəngi onu bu yay transfer etməyi planlaşdırmır.
Madrid klubu “Mançester Siti”nin norveçli hücumçusunu sıralarına 2025-ci ildə qatmağa hazırlaşır.
Bunu ispaniyalı jurnalist Fransisko Xose Delqado iddia edir.
O, “Real”ın əvvəlcə Kilian Mbappenin keçidini həll etməyə çalışacağını bildirib.
Rəşad Rafiqoğlu, Bizim.Media