Futbol üzrə milli komandamızın keçmiş hücumçusu Əli Qurbani Azərbaycana qayıda bilər.
Bizim.Media xəbər verir ki, “Araz Naxçıvan” onun transferində maraqlıdır.
Hazırda 33 yaşlı futbolçu ilə danışıqlar gedir. “Araz Naxçıvan” Qurbanini yeni mövsüm üçün heyətinə cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, əslən Cənubi Azərbaycandan olan Əli Qurbani hazırda İranın “Peykan” komandasının şərəfini qoruyur. O, millimizdə 8 oyun keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media