"Liverpul" İngiltərə Premyer Liqasında 25-ci tur oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Mersisayd təmsilçisi səfərdə "Brenford"la qarşılaşıb.
Matç qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Brentford" - "Liverpul" - 1:4
Qollar: Nunes, 35 (0:1), Mak Allister, 55 (0:2), Salah, 68 (0:3), Toni, 75 (1:3), Qakpo, 86 (1:4)
Bu qələbə ilə xalını 57-ə çatdıran Yurgen Kloppun baş məşqçisi olduğu komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Ancaq 52 xalla (23 oyun) 2-ci olan "Mançester Siti"ni ehtiyatında 2 oyun var. "Arsenal" 52 xalla (24 oyun) 3-cüdür.
Bizim.Media