Bu gün qadın voleybolçuların Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Bizim.Media xəbər verir ki, günün yeganə matçı UNEC-in idman zalında baş tutub.
Çempionatın autsayderi UNEC "Gəncə" ilə üz-üzə gəlib. Görüş gözlənildiyi kimi, qonaqların qələbəsi ilə başa çatıb. Gənclərilər hər 3 seti asan qazanıblar.
Qeyd edək ki, UNEC cari mövsümdə bir hissə də qazanmayıb.
Yüksək Liqa (qadınlar)
17 fevral
15:00. UNEC - "Gəncə" - 0:3 (10:25, 13:25, 8:25)
UNEC-in idman zalı
Rəşad Rafiqoğlu, Bizim.Media