Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün sərbəst güləşçilər mübarizəyə başlayıblar.
Bizim.Media xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 5 güləşçisi yarışa qoşulub.
Onlardan biri, 97 kq çəki dərəcəsində mübarizə aparan Maqomedxan Maqomedov finala vəsiqə qazanıb. 57 kq çəki dərəcəsində mübarizə aparan İslam Bazarqanov və Əli Rəhimzadə (65 kq) sabah üçüncü yer uğrunda mübarizə aparacaq.
Bizim.Media