"Qarabağ"ın oyunçusu Abdullah Zubir Avropa Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı futbolçusu seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi azarkkeşlərin səsverməsi nəticəsində "Milan"dan Ruben Loftus-Çiki, "Qalatasaray"dan Mauro İkardini və "Benfika"dan Anhel Di Mariyanı qabaqlayıb.
Zubir ötən gecə Portuqaliya "Braqa"sına qarşı səfər matçında 2 qol vurub və 1 qolun ötürməsini edib.
Sözügedən görüş "Qarabağ"ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Bizim.Media